NKPI

Maraqlı Məlumatlar

Bitkilər – Xalq Təbabətində – 124

Bitkilərdən istifadə qaydaları – XVII

- İşlətmə murdarçası bağırsağın möhtəviyyatını hərəkətə gətirir və qəbizlik aradan qalxır. İşlətmə murdarçasının meyvələrinin bişirməsi: 1 xörək qaşığı xırdalanmış meyvələrin üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edilir, 2-3 dəqiqə müddətində qaynadılır, sonra 2 saat müddətində dəmlənir və süzülür. Gecə yatmazdan əvvəl ½ stəkan qəbul edilir. Meyvələrinin maye ekstraktı isə yatmazdan əvvəlk 1 çay qaşığı qəbul edilir.

- Adi zirə meyvəsindən isti sulu dəmləmənin hazırlanması: 20 qram xırdalanmış xammal üzərinə 200 ml qaynar su töküb, adi qayda ilə isti sulu dəmləmə hazırlanır. Alınmış çıxarışdan gündə 3 dəfə, hər dəfə 60-70 ml-ə qədər qəbul edilir.

- Mədə-bağırsaq xəstəliklərində zirəni çay kimi dəmləyərək qəbul edilir. Bu məqsədlə meyvəsini əvvəlcə döyüb toz halına salır, sonra iki çay qaşığı tozu bir stəkan qaynar suda dəmləyib, gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Meyvələrindən eyni zamanda qənnadı, çörək və digər yeyinti məhsullarının tərkibində ətirli maddə kimi istifadə olunur.

- Ləkəli badyan sidikqovucu, sakitləşdirici, iltihabsorucu, ağrıkəsici, qıcolma, xoreya, epilepsiya, difteriya və miqren xəstəliklərində işlədilir.

- Cövhər və şirəsindən mədə-bağırsaq sancılarında, anuriya, anemiya, dismenorreya və sifilisin müalicəsində çox yaxşı təsir edir.

- Yarpaqlarından revmatizmə qarşı istifadə olunur.

 

Mənbə: Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva “Bitkilər – xalq təbabətində”. Bakı, “Elm” 2020, 202 s.

2021-04-06   390