NKPI

Maraqlı Məlumatlar

ƏN GÖZƏLİ

Vətənimin gülüstanı,
Cənnət olan Qarabağı,
Azadlıqda ilk baharı,
Baharların ən gözəli.
 
Zəngilanda, Qubadlıda,
Laçında və Cəbrayılda,
Bu il bahar tamam başqa,
Baharların ən gözəli.
 
Füzulidə özgə aləm,
Xocavəndim çox möhtəşəm,
Yeni baharlı görürəm,
Baharların ən gözəli.
 
Kəlbəcərim çox füsunkar,
Quşları olub nəğməkar,
Bu baharı ayrı bahar,
Baharların ən gözəli.
 
Ağdamın da ağ günləri,
O, gözəl bahar istəkli,
Bənzərsiz baharı gəldi,
Baharların ən gözəli.
 
Çal-çağırdı vətənimdə,
Çox sevincli təbiət də,
Vətən yeni oldu belə,
Cənnətlərin ən gözəli.
 
Şuşanın baharı başqa,
Bənzər cənnət baharına,
Özü cənnət azad Şuşa,
Cənnətlərin ən gözəli.

2021-05-08   32478