NKPI

Maraqlı Məlumatlar

Praktik məzmunlu çalışmalar – 12

Ət xörəyi

Əti bişirdikdə öz çəkisinin 35%-nı itirır. Hər birində 40 qram bişmiş ət olmaqla şənlikdə iştirak edənlərə 780 qab xörək һаzırlamaq üçün nə qədər çiy ət götürmək lazmıdır?

Cavab: 1) 100% – 35% = 65%; (Əti bişirdikdən sonra qalan ətin çəkisi)

2) 40∙780 = 31200 (qram) = 31,2 kq; (780 qab üçün bişmiş ətin çəkisi)

3) 31,2∙100/65 = 48 (kq)

Qurudulmuş alma

Alma qurudulduqda öz çəkisinin 84%-i qədərini itirir. 20 kq qax (alma qurusu) hazırlamaqdan ötrü nə qədər təzə alma götürülməlidir?

Cavab: 125 kq.

Quru odun

Təzə doğranmış 1 m3 odunun çəkisi 900 kq, havada qurudulmuş 1 m3 odunun çəkisi isə 550 kq-dır. Odun bu cür qurudulduqda öz çəkisinin neçə faizini itirir?

Cavab: 1) 550/900∙100% ≈ 61%; (havada qurudulmuş 1 m3 odunun çəkisi)

2) 100% – 61% = 39%

 

Mənbə: Mahmudov V.H., Qasımov Q.N. “Riyaziyyat dünyası”. Bakı: “Müəllim” nəşriyyatı – 2021-ci il – 617 səh.

2021-05-12   32325