NKPI

Maraqlı Məlumatlar

Kimyadan testlər - 348

Doymuş karbohidrogenlər

1) Doymuş karbohidrogenlər üçün hansı fikir doğru deyil?

a) Doymuş karbohidrogenin 1 molunun tam yanmasına (3n+1)/2 mol O2 sərf olunur.

b) Karbohidrogenlər havada yandıqda çoxlu miqdarda istilik udulur.

c) Karbohidrogenlər başqa maddələrlə birləşmə reaksiyalarına daxil olurlar.

ç) Karbohidrogenlər güclü qızdırıldıqda bəsit maddələrlə parçalanır.

d) Doymuş karbohidrogenləri həm də parafinlər adlandırırlar.

2) Söylənən fikirlərdən hansılar doymuş karbohidrogenlər üçün doğrudur?

I. KMnO4 məhlulundan keçirildikdə bənövşəyi rəng itir.

II. Spirtlərin dehidratlaşmasından alınır.

III. Polimerləşmə reaksiyalarına daxil olurlar.

IV. Metanın karbon və hidrogendən sintezi bəsit maddələrdən üzvi maddələrə keçidin mümkün olduğunu göstərir.

V. Metanın bəsit maddələrdən sintezi reaksiyası dönər və ekzotermik reaksiyadır.

a) I və V, b) IV və V, c) I, III, və V, ç) yalnız V, d) II, IV.

3) Kütləsi 72q olan karbohidrogen yandırıldıqda 22q karbon qazı əmələ gəlmişdir. Normal şəraitdə maddənin sıxlığı 3,21q/l-dir. Onun izomerlərinin sayını tapın.

a) 2, b) 4, c) 6, ç) 5, d) 3

4) Hansı reaksiyadan doymuş karbohidrogen alınır?

a) C2H2 + H2O→,

b) CH3Cl + NH3→,

c) C6H5OH + Cl2→,

ç) CH2Br – CHBr - CH3 + Zn→,

d) 2CH3 + 2Na→.

2021-05-15   32307