NKPI

Maraqlı Məlumatlar

Praktik məzmunlu çalışmalar – 13

Çəkinin azalması

Arpanı uzun zaman saxladıqda birinci il öz çəkisinin 3%-ni və hər sonrakı illərdə isə 1%-ni itirir. 100 sentiner arpadan üç ildən sonra nə qədər qalacaqdır?

Cavab: 1) 100 ∙ 3/100 = 3(sentiner); (birinci il öz çəkisindən nə qədər itirdi?)

2) 100 – 3 = 97(sentiner); (sonrakı illərə nə qədər arpa qaldı?)

3) 97 ∙ 1/100 = 0,97

4) 97 – 0,97 = 96,03(sentiner); (üçüncü il üçün nə qədər arpa qaldı?)

5) 96,03 ∙ 1/100 = 0,9603 (sentiner); (qalan 96,0 sentiner arpa öz çəkisindən nə qədər itirdi?)

6) 96,03 – 0,9603 ≈ 95,1(sentiner)

Çörəyin bişirilməsi

Bir hektar yer 30 sentiner buğda verir. Buğdanı üyütdükdə 90% un alınır. Çörək bişirdikdə un öz çəkisinin 40%-i qədər artım verir. 20 ha yerdən yığılmış buğdadan nə qədər çörək bişirmək olar?

Cavab: 7568.

Döşəmənin rənglənməsi

15 kvadrat metr döşəməni rəngləmək üçün 1,5 kq rəng işlənmişdir. Ölçüləri 6,3 metr x 4,5 metr olan otağın döşəməsinə nə qədər rəng lazımdır?

Cavab: 2,835 kq.

 

Mənbə: Mahmudov V.H., Qasımov Q.N. “Riyaziyyat dünyası”. Bakı: “Müəllim” nəşriyyatı – 2021-ci il – 617 səh.

2021-05-15   32320