NKPI

Rəsulov Çingiz Qnyaz oğlu

Anadan olduğu yer: Azərbaycan Respublikasi, Qazı məmməd r-nu, Ələt qəs.
Təvəllüdü (gün, ay, il): 31.08.1949
Təhsil (məktəbin adı və ixtisası):

Azərbaycan Dövlət Neft Akademiyası

Elmi dərəcəsi:

Kimya elmləri namizədi - 18.11.1977

Kimya elmləri doktoru – 18.11.1992

Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

2314.01 - Neft kimyası Tsikloalkilfenollar əsasında yüksəksəmərəli stabil-ləşdirici əlavələrin yaradılması

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 430
Xaricdə çıxmış elmi əsərlərin sayı: 130
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 80
Əsas elmi nailiyyətləri:

Alkil-, tsikloalkilfenollar əsasında poli-olefinlərə, sintetik kauçuklara, yağlara və yanacaqlara yüksəksəmərəli stabilləşdirici kimyəvi əlavələr, antioksidantlar, aşqarlar, vulkanlaşdırıcı agentlər və s. sin-tez olunmuş və sənayeyə tətbiq üçün tövsiyə edilmişdir. Təklif olunmuş tövsiyələr əsasında "Anqarski üzvi-sintez" İB-də (RF, İrkutsk vilayəti Anqarsk ş.) "VNİİ NP-360" aşqarının,”Stavropolpolimer“İB-də (RF, Stavropol vilayəti, Budyonovsk ş.) "Bisalkofen MTSP" stabilizatorunun sənayeyə tətbiqi həyata keçirilmişdir.

Eyni zamanda, fəza çətinlikli fenollar əsasında olefinlərin selektiv oliqomerləşməsi prosesində istifadə olunan keçid-metal kompleksləri üçün yeni liqandlar sintez olunub müqayisəli yoxlanılmışdır.

Təklif olunmuş tövsiyələr əsasında Sumqayıtda - "Tural-110" elmi-istehsalat müəssəsində avtomobil benzinlərinə aşqarlar-metil, etil üçlü butil efirlərinin istehsalı üçün məhsuldarlığı 1000 ton/ay olan sənaye qurğusu tikilib sınaqdan çıxarılmışdır. Qurğuda 1000 tona yaxın metil və etil üçlü butil efirləri alınıb Ukraynada, Polşada, Almaniyada, Yunanıstanda oksigenat kimi sınaqdan çıxarıl-mış və müsbət rəylər alınmışdır. Proseslərin bütün texniki-normativ sənədləri (texnoloji reqlamenti, Texniki Şərti, texniki-iqtisadi göstəriciləri) hazırlanmışdır.

Fenolun pirolizin maye məhsullarının 130-1900C fraksiyası ilə yarım-sənaye qurğusunda katalitik arilalkilləşmə prosesinin texnologiyası  işlənib hazırlanmışdır. Alınmış para-arilalkilfenolun urotropinlə qarşılıqlı təsirindən para-arilalkilfenolamin qətranının təcrübə-sənaye nümunəsi alınıb (1 ton) lak-boya materiallarına örtük əmələgətirici kimi, transformator və mühərrik yağlarına antioksidant kimi sınaqdan çıxarılmışdır. Sınaqların nəticəsi müsbət olmuşdur. Prosesə Azərbaycan, Rusiya və Avrasiya patentləri alınmışdır.

AMEA Təcrübə-Sənaye Zavodunda 2-morfolilmetil-5-metilfenolun kompleks xlorid duzu alınıb Azərb. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda üzümçülükdə ziyanvericilərə qarşı dərman preparatı (pestisid) kimi sınaqdan çıxarılmışdır. Preparatın institutun  üzümçülük sahələrində 3 il ardıcıl geniş çöl sınaqları da səmərəli olmuşdır. Bundan başqa laboratoriyada sintez olunmuş izopropilaminofenol preparatı kartofçuluqda geniş yayılan kolorado böcəyinə, tərəvəz bitkilərində  əmələ gələn yaşıl qurdlara və mənənələrə qarşı insektisid kimi ilkin və geniş çöl sınaqlarından müvəffəqiyyətlə çıxmışdır.

İzopropilamin preparatı eyni zamanda Azərb. KTN  ET Baytarlıq institutunda heyvandarlıqla bağırsaq çöpləri mikrobuna qarşı bakterisid və dezinfeksiya edici kimi sınağı səmərəli olmuşdur.

Hal-hazırda yeni seolit tərkibli heterogen katalizatorların iştirakında fenolların alifatik və tsiklik sırası doymamış karbohidrogenlərlə katalitik alkilləşmə, alınmış alkil-tsikoalkilfenolların aminlərlə, sirkə turşusu və benzoil xloridlə aminometilləşmə, asilləşmə reaksiyalarının həyata keçirilməsi istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.

Bundan başqa, avtomobil mühərrikləri üçün yüksək oktanlı benzinlərin, keyfiyyətli dizel yanacaqlarının alınması üçün yeni kimyəvi quruluşlu oksigenatların, aşqarların və antioksidantların alınması istiqamətində də səmərəli tədqiqatlar həyata keçirilir.

Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 9
Elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. Расулов Ч.К., Азимова Р.К., Зейналова Л.Б., Набиев Ф.А. Синтез циклоалкилфенольных оснований Манниха. XVIII Менделеевский съезд по общей и прикл.химии, 23- 28 сентября, 2007г., г.Москва, с.1429.
  2. Расулов Ч.К., Азизов А.Г., Азимова Р.К., Абдуллаева Э.М. Взаимодействие фенола с циклодимерами изопрена в присутствии цеолита-Y, пропитанного ортофосфорной кислотой. Нефтехимия, 2012, т.52, №5, с.1-5
  3. Расулов Ч.К., Меджидов Э.А., Азимова Р.К., Ибрагимов Х.Д. Некоторые особенности реакции взаимодействие фенола с фракцией 130-1900С жидких продуктов пиролиза в присутствии фосфорсодержащего цеолита на непрерывнодействующей установке.„ Азербайджан-ское Нефтяное Хозяйство“, 2012, №9, с. 37-42
  4. Mirzayev V.G., Agamaliyev Z.Z., Majidov E.A., Rasulov Ch.K., Manafov M.R. Some Peculiarities of Interaction Reaction of Phenol with the Dimerization Products of C4 Fraction of Gasoil Pyrolysis // Global Journal of Chemistry, 2017, Vol.3, No.1, p.136-142
  5. Расулов Ч.К., Шахмурадов С.Т., Агамалыев З.З. Взаимодействие пара-хлорфенола с циклодимерами изопрена в присутствии фосфорсодержащего цеолита // Нефтепереработка и нефтехимия, 2017, №6, c.21-24
  6. Rasulov Ch.K., Mekhtizade R.A., Aghamaliyev Z.Z., Abasov S.I. Cycloalkylation of para-cresol with 1-methylcycloalkenes in the presence of phosphorous-containing zeolite // PPOR, 2017, Vol.18, No.1, pp.80-87
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: -
Elmi-təşkilatı fəaliyyəti: -
Təltif və mükafatlar:

-

Pedaqoji fəaliyyəti:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr diplom işlərinə rəhbərlik etmişdir.

M.Lomonosov adına MDU-nun Bakı filialının bakalavr rəhbəri.

İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: Laboratoriya müdiri
Xidməti tel.: +994 (12) 4902476
Ev tel.: +994 (12) 4656129
Mobil tel.: +994 (50) 3293100
Faks: +994 (12) 4903520
Elektron poçtu: rchk49@mail.ru