NKPI

İbrahimov Hikmət Camal oğlu

Anadan olduğu yer: Azərbaycan Respublikasi, Naxçıvan ş.
Təvəllüdü (gün, ay, il): 19.09.1951
Təhsil (məktəbin adı və ixtisası): Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi: Texnika elmləri doktoru
Elmi rütbəsi: -
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

02.00.13 , Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 186
Xaricdə çıxmış elmi əsərlərin sayı: 60
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 22
Əsas elmi nailiyyətləri:

1973-cü ildən H.C.İbrahimov Ümimittifaq Elmi-Tədqiqat “Olefinlər” İnstitunun “Elastomerlər” laboratoriyasında etilen-propilen kauçukunun sintezi və modifikasiyası problemləri ilə məşğul olmuşdur. O, akademik Nadir Seyidovun rəhbərlik etdiyi laboratoriyada etilen-propilen kauçukunun sintezi və onun modifikasiyasına dair görülən işlərlə tanış olmuş, etilen-propilen kauçukunun xassələrinin yaxşılaşdırılması istiqamətində elmi-tədqiqat işlərinə başlamışdır. H.C.İbrahimov, modifikator kimi heksen-1-dən istifadə etməklə, effektli nəticələrin alınmasını elmi dəlillərlə sübuta yetirmişdir. Belə ki, propilenlə birgə maye fazaya 10-15% heksen-1-in əlavə edilməsi nəticəsində etilen-propilen kauçukunun xassələrində əsaslı dəyişikliklərin baş verməsini və vulkanlaşma sürətinin 15-20 dəfə artmasını müəyyənləş-dirmişdir. 1980-ci ildən H.C.İbrahimov dimerləşmə, polimerləşmə və alkilləşmə prosesləri ilə məşğul olmuş, elastomerlərin və polietilenin quruluşlarının və fiziki-kimyəvi xassələrinin tədqiqi istiqamətində geniş axtarışlar aparmışdır. O, müəyyənləşdirmişdir ki, polimerlərin xassələri onların molekul kütlə paylanmasından çox asılıdır. Məhz etilen-propilen-heksen birgəpolimeri-nin molekul kütlə paylanmasının bimodal xarakterliliyi, onun xassələrinin tələb olunan səviyyədən də yuxarı olmasına gətirib çıxarır. H.C.İbrahimov polietilenin fraksiyalaş-dırılması və fiziki xassələrinin tədqiqi istiqamətində araşdırmalar aparmış, “Высокомолекулярные соеди-нения” jurnalında dərc etdirdiyi məqalələrdə molekul kütləsi ilə şüşələşmə temperaturu arasında olan birbaşa asılılıqların nəzəri hesablamalarını aparmış və bu qiymətlərin alınan təcrübi nəticələrlə uyğunluğunu müəyyənləşdirmişdir.

1992-98-ci illərdə H.C.İbrahimovun apardığı əsas işlərdən biri də α-metilstirolun dimerləşməsi üçün yeni effektiv və selektiv heterogen katalizatorların sintezinə aiddir. Aparılan tədqiqatlar nəticəsində müəyyənləşdirmişdir ki, təbii seolitlərin mineral turşularla modifikasiyası yolu ilə bu system üçün katalizator sintez etmək mümkündür. Təklif olunan katalizatorlarda konversiya 60-70%, maye dimerə görə selektivlik 97-98% təşkil etmişdir. Prosesin fasiləsiz rejimdə işləyən texnoloji sxemi işlənib hazırlanmış, reqlament tərtib olunmuş və yarım-sənaye qurğusunda alınan yağ Ust-Kameneqorsk şəhərində güc kondensatorları üçün maye kimi uğurla sınaqdan çıxarılmışdır.

1998-ci ildən başlayaraq H.C.İbrahimovun  elmi tədqiqatları akademik M.Rüstəmovun rəhbərliyi ilə aparılan alüminium və xlortərkibli karbohidrogenlər əsasında yeni katalitik komplekslərin sintezinə, onların iştirakı ilə ağır neft və EP-300 kompleksində yan məhsul kimi alınan pirolizin maye məhsullarının səmərəli emalı texnologiyalarının işlənib hazırlanması istiqamətlərinə həsr olunmuşdur. Onun iştirakı ilə sintez edilən katalitik komplekslərin alınmasının elmi əsasları verilmiş, “Azərkimya” İstehsalat Birliyinin müəssisələrində katalitik kompleksin istehsalı təşkil edilmişdir. Yeni çoxfunksiyalı katalitik kompleks yerli xammallar əsasında sintez olunmuş və istehsalatda mövcud olan avadanlıqlara qoyulan minimal maliyə xərcləri hesabına həyata keçirilmişdir. Bu katalitik kompleksin iştirakı ilə “Sintez-kauçuk” zavodunda 2,5t/saat məhsuldarlığa malik olan, fasiləsiz rejimdə işləyən sənaye qurğusu yaradılmış və 10 min tonlarla pirokondensat yeni texnoloji sxemlə emal olunmuş, təmizlənmiş benzol fraksiyasının etilenlə alkilləşdirilməsindən sənayedə 500 tondan yuxarı etilbenzol alınmışdır. Göstərilmişdir ki, fasiləsiz rejimdə işləyən sənaye qurğusunda emaldan sonra, pirokondensatın tərkibindəki doymamışlıq 32%-dən 0,7%-ə enir və beləliklə  atmosfer təzyiqində, dünya praktikasında geniş yayılmış hidrogenləşmə prosesindən istifadə olunmadan, aromatik karbohidrogenlər sintezinə imkan yaranır. H.C.İbrahimov tərəfindən təklif edilən prosesin üstünlüyü ondadır ki, emaldan sonra benzol fraksiyasını (90%) ayırmaq və alkilləşmə prosesində istifadə etmək mümkündür. “Səthi-aktiv maddələr” zavodunda aparılan sənaye sınaqları katalitik kompleksin yüksək fəallığa malik olduğunu bir daha sübut etmişdir. Benzolla etilenin alkilləşmə qurğusunda original dəyişikliklər aparılmış, katalitik kompleksin az sərfi ilə 34-38% çıxımla etilbenzolun sintezinə nail olunmuşdur. Pirokondensatın və onun fraksiyalarının emalı zamanı aromatik karbohidro-genlərlə yanaşı, əlavə məhsul kimi alınan neft-polimer qatranı lak-boya sənayesində örtükəmələgətirici və bituma əlavə kimi istifadə olunmuş, neft-polimer qatranı ilə modifikasiya olunmuş bitum Bakı şəhərinin avtomobil yollarında yol örtüyü kimi sınaqdan çıxarılmışdır. H.C.İbrahimovun son illərdəki elmi fəaliyyəti nanotex-nologiyanın nailiyyətlərindən neft emalı və neft-kimya sahələrində istifadə olunmaqla yeni proseslərin işlənib hazırlanmasına yönəldilmişdir. Neft məhsulları və xlorkarbohidrogenlərdən sintez edilmiş  katalitik sistem-lərin pirolizindən alınan katalizatorların əsasında  nanokarbon liflərinin və borularının alınması istiqamətində tədqiqat işləri aparmışdır. “İn situ” rejimində, katalitik kompleksin alınma anında kimyəvi yolla metal birləşmələrin sistemə daxil edilməsi və sonradan pirolizə yönəldilməsi nəticəsində nanoborularında metallar saxlayan yeni katalitik sistemlərin sintezinə nail olmuşdur.

Borularında keçid metalları saxlayan katalizatorların iştirakı ilə ağır piroliz qatranı əsasında çoxdivarlı nanokarbon borular sintez edilmiş, onların quruluşları ən müasir fiziki cihazların köməyilə sübuta yetirilmişdir. Bu katalizatorlardan istifadə etməklə sintetik naften turşularının sintezində, efirləşmə proseslərində effektiv nəticələr alınmışdır. Onun həmmüəllifliyi ilə nanohissəciklərin alınması və tədqiqinə həsr olunmuş bir çox məqalələr Almaniya və ABŞ-n  yüksək reytinqli jurnallarında dərc edilmişdir. 2011-ci ildən H.C.İbrahimov MEA NKPİ-nun Elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir, İnstitutun elmi-tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsində bilavasitə iştirak edir. Onun həmrəhbərliyi ilə tərtib edilmiş “Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılması və onların səmərəli emal texnologiyalarının işlənib hazırlanması” problemi üzrə elmi-texniki proqram AMEA tərəfindən 2012-ci ildən maliyələşdirilir. Bundan əlavə, H.C.İbrahimov  texniki sənədlərin və müxtəlif təyinatlı Qrantların hazırlanmasında fəal iştirak edir. 

Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 2
Elmlər doktorlarının sayı: -
Əsas elmi əsərlərin adları:
  1. Seidov N.M., Rustamov M.I.,Ibrahimov H.D., Zeynalov E.B., Fredrich J.F. Two-step syntesis of nano-structured carbon phase // “Materials Testing (Materials and Components,Technology and Application) section Nanotechnology and Polymer Materials, 2011,53, 4, p. 211-213 
  2. İbrahimov H.C., Friedrich J.F., Ismailov E.H., Zeynalov E.B., Aliyeva A.Z., Seidov N.M., Rustamov M.I. Thermal and magnetic peculiarities of metal-containing carbon nano-phase formed in the reaction of fine-dispersed aluminium with dichlorethane in paraffin medium // Journal of Chemistry and Chemical Engineering (A), USA, 2012, 2. p.196-202
  3. Abdullayev Elshad, Abbasov Vagif, Tursunbayeva Asel,  Portnov Vasiliy,  Ibrahimov Hikmat,  Mukhtarova Gulbaniz, Lvov Yuri, Self-Healing Coatings Based on Halloysite Clay Polymer Composites for Protection of Copper Alloys // ACS Appl. Mater. Interfaces, 2013, 5 (10), pp.4464–4471
  4. Ibragimov H. J., Gasimova K. M., Ibragimova Z. M., Gasimova G. F. Synthesis of petroleum polymer resin by catalytic polymerization of pyrocondensate and its fractions // American Chemical Science Journal, 4(1), 2014, pp.82-96
  5. Abbasov V. M., Ibrahimov H.C., Mukhtarova G.S. Hydrocracking of Goudron in the Presence of a Suspended Natural Catalyst // Journal of Chemistry and Chemical Engineering, USA, v.8, 2014.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. H.C.İbrahimov MEA NKPİ-nun və Almaniyanın Münster şəhərindəki “Nanotexnologiyalar Mərkəzi və Rostok Universiteti arasında birgə Elmi Əməkdaşlığın üzvüdür. Almaniyada nanotexnologiyalar sahəsində birgə elmi tədqiqatların aparılmasına dair Protokolun imzalanmasında iştirak etmişdir.
  2. Hikmət İbrahimov Dövlət Neft Şirkəti yanında neft-qaz emalı və neft-kimya kompleksinin optimallaşdırılması üzrə Ekspert Şurasının və Tatarıstan-Azərbaycan birgəkomissiyasının üzvüdür. 
Elmi-təşkilatı fəaliyyəti:
  1. NKPİ-nin Elmi Şurasının, İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü və onun nəzdində fəaliyyət göstərən Elmi Seminarın sədridir (2011-ci ildən).
  2. "Neft kimyası və neft emalı prosesləri" (2011-ci ildən), “Kimya problemləri” (2010-cu ildən) və AMEA-nın "Elm dünyası" (2013-cü ildən) elmi-kütləvi jurnallarının redaksiya heyətinin üzvüdür.  
  3. NKPİ-nin elmi-tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsində bilavasitə iştirak edir.
  4. H.C.İbrahimovun həmrəhbərliyi ilə tərtib edilmiş “Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılması və onların səmərəli emal texnologiyalarının işlənib hazırlanması” problemi üzrə elmi-texniki proqram AMEA tərəfindən 2012-ci ildən maliyələşdirilir. Bundan əlavə, H.C.İbrahimov  texniki sənədlərin və müxtəlif təyinatlı Qrantların hazırlanmasında fəal iştirak edir. 
Təltif və mükafatlar:
  1. 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
  2. 2011-ci ildə AMEA-nın Rəyasət Heyyətinin Fəxri Fərmanı  ilə təltif edilmişdir 
Pedaqoji fəaliyyəti:
  1. H.C.İbrahimov 1996-2001-ci illərdə Sabunçu rayonu 107 saylı orta məktəbində kimya müəllimi işləmişdir.
  2. Moskva Dövlət Universitetinin Bakı filialında buraxılış ixtisaslaşmış elmi işlərin rəhbəridir (2011-2013-cü illər)
İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: AMEA NKPİ-nun Elmi işlər üzrə direktor müavini, “Katalitik krekinq və piroliz” laboratoriyasının müdiri.
Xidməti tel.: +994 (12) 4895086
Ev tel.: +994 (12) 4298447
Mobil tel.: +994 (50) 2297758
Faks: +994 (12) 4903520
Elektron poçtu: