NKPI

Həsənov Arif Həsən oğlu

Anadan olduğu yer: Azərbaycan Respublikasi, Bakı şəhəri
Təvəllüdü (gün, ay, il): 07.11.1936
Təhsil (məktəbin adı və ixtisası):

Azərbaijan Dövlət Neft Akademiyası

Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

24.13.01 - Neft kimyası

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:  303 (o cümlədən 7 kitab)
Xaricdə çıxmış elmi əsərlərin sayı:

 64

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı:  27
Əsas elmi nailiyyətləri:

Professor A.H.Həsənov neft kimya sintezi sahəsində yüksək ixtisaslı mütəxəssis olaraq , öz elmi işləri ilə Azərbaycanda, yaxın və uzaq xaricdə tanınmış alimdir.

Alitsiklik karbohidrogenlər və onların törəmələrinin kimyası professor A.H.Həsənovun elmi fəaliyyətində xüsusi yer tutur. Bu sahədə apardıgı tədqiqatlar nəticəsində bir çox praktiki qiymətli xassələrə malik, məlum və yeni monomerlərin alınmasının əlverişli üsulları yaradılmışdır. Belə istiqamətlərdən, başlıca olaraq, pirolizin C5 fraksiyasından tsiklopentadienin, bütün məlum proseslərdən öz iqtisadi və ekoloji göstəriciləri ilə fərqlənən çıxarılma prosesini, stereomüntəzəm polimerlər üçün tsiklopenten və norbornen kimi tsikloolefin monomerlərinin yeni alınma üsullarını, norbornen əsasında karkas karbohidrogenlərinin alınma prosesini, norbornen sırası karbohidrogenlərin bioloji aktiv O-törəmələrinin alınma üsullarını və s. göstərmək olar.

Tsiklopentadienin C5 fraksiyasından çıxarılması prosesinin məlum proseslərdən fərqlənən üstün cəhəti ondan ibarətdir ki, prosesdə tsiklopentadien dimerinin monomerləşmə mərhələsi axın sistemində, oksid katalizatorları üzərində aparılır və tsiklopentadienin çıxımı məlum prosesdəki 50-60%-dən 87-91 %-ə çatdırılır. Alınan nəticələr və bu sahədə dunyada aparılan mövcud tədqiqatlar A.H.Həsənovun  “Циклопентадиен и его превращения» monoqrafiyasında öz əksini tapmışdır.        A.H.Həsənovun apardıgı praktiki yönəmli elmi işlərdən biri də mürəkkəb efir tipli sənaye plastifikatoru olan dibutilftalatın analoqunun alınma prosesidir. 1992-94 cü illərdə dibutilftalat analoqunun alınma prosesinin texnologiyası işlənib hazirlanmış və Təcrübə-Sənaye miqyaslı geniş istehsalı (NKPİ-nin TZS-da) təşkil olunmuş, Bakı “Süni gön və Plyonka materialları” zavodunda müvəffəqiyyətlə tətbiq olunmuşdur. Bu proses AMEA-nın 1994-95-ci illərdə tətbiq planında öz əksini tapmışdır.

A.H.Həsənovun rəhbərliyi ilə aparılan xalqtəsərrüfatı əhəmiyyətli elmi işlərdən biri də, asan tapılan xammal əsasında ( Pirolizin maye məhsullarında olan pentadien karbohidrogenləri)  mono- və bitsiklik olefinlərin alınma proseslərinin yaradılmasıdır. Belə tsikloolefinlər sırasında onların ən qiymətli nümayəndələrindən olan tsiklopenten və norbornen monomerləridir ki, bunların əsasında yeni, perspektiv, stereomüntəzəm tipli polimerlər alınmışdır (polimerləşmə prosesləri Sankt-Peterburqda VNİİSK-də aparılmışdır).

A.H.Həsənovun rəhbərliyi altında aparılan axırıncı illərin tədqiqatları, qoşulmuş dienlər, mono- və dikarbon turşuları əsasında alitsiklik karbohidrogenlərin bioloji aktiv O- və N-törəmələrinin optiki fəal formada alınması istiqamətinə yönəldilmişdir. Bu istiqamət hal-hazırda üzvi sintezin ən aktual  problemlərindən biri olaraq müasir farmakologiyada geniş tətbiq imkanina malikdir. Bu istiqamət üzərə A.H.Həsənovun rəhbərliyi altında 2 elmlər namizədi və 1 elmlər doktoru hazirlanmışdır.

Axırıncı illərin tədqiqatları sırasında xalqtəsərrüfatı əhəmiyyətli işlərdən biri də  nano-ölçülü katalizatorların iştirakı ilə axın sistemində neft və fərdi karbon turşularının dekarboksilləşdirilməsi yolu ilə reaktiv yanacaqları üçün yararlı doymuş karbohidrogen komponentlərinin, həmçinin, bitki mənşəli turşuların analoji şəraitdə dekarboksilləşdirilməsi ilə alifatik sırası doymuş və doymamış karbohidrogenlərin alınması istiqamətidir. Bu işlərin nəticələri üzrə 2 Azərbaycan Patenti alınmışdır. - Həmçinin tsiklopentadienin ali alifatik spirtlərlə alkilləşdirilməsi ilə sintez olunmuş poli-alkiltsiklopentadienlər əsasında yüksək özlülük xarakteristikalarına  malik müasir sintetik sürtkü yağlarının əsası üçün komponent kimi tsiklopentan sırası dialkil və mürəkkəb efir törəmələrinin alınmasıdır.

O, NKPİ-nun böyük Elmi Şurasının, 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının D.054.02.06 İxtisaslaşdırılmış Şurasının, 2000-ci ildən hal-hazıra kimi NKPİ-nun Dissertasiya Şurasının üzvüdür və dəfələrlə rəsmi opponent kimi çıxış etmişdir. “Neft kimyası və neft emalı prosesləri” jurnalının redaksiya heyətinin üzvüdür.

Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı:  6
Elmlər doktorlarının sayı:  1
Əsas elmi əsərlərin adları:

1.Термокаталитическое преврашение циклопентадиена//Нефтехимия, 1988,

     Т.ХХУШ, № 5, с.653 – 661;

2. Реакция алкоксилирования,протекающая при дебромировании 2,3-

      дибром- бицикло /2.2.1/-гептена в присутствии спиртового раствора 

      цинковой пыли // ЖорХ, 1994, т.30, № 5, ст.785;

3. Изучение особенностей реакции каталитического присоединения одно-и   

     вухатомныхспиртовкбицикло/2.2.1/гептенам//ЖорХ,1994,Т.30.Вып.5,    

     с.707-   709;

4.Превращения 2-метилол-бицикло-/2.2.1/-гептана на оксидных катализа- 

     торах // Нефтехимия,2000,том 40, № 4, с.304-306;

5. Синтез и превращение 5-, 2-метид- и метилен-бицикло[2.2.1]гептен(ан)ов

      с ретроспективной  δ-миграцией водорода на оксидном катализаторе

      // ЖОрХ, 2003, Т.39, Вып.7, с.1008-1012;

6. Синтез 2-(бицикло[2.2.1]гепт-2-ил)оксиэтиловых эфиров алифатических

       карбоновых кислот // ЖОрХ, 2005,Т.41, Вып. 12, с.1793-1794;

      Там же , 2008, № 1, с.105-107;

7. Экологические чистые аналоги дибутилфталата на основе 2(3)-метил-

      цикло гексен-дикарбоновой кислоты //Журнал Прикладной Химии, 2008,

      Т.81,Вып.4, с.684-686;

8. Синтез и применение хиральных моноэфиров циклогексен- и бицик-

      ло[2.2.1]гепт-5-ен -2,3 дикарбоновой кислоты//Журнал Органической

      Химии, 2008, Т.44, вып.12, с.1782-1785;

      новых углеводородов;

9. Декарбоксилирование нефтяных кислот в присутствии нано-размерного

        диоксида титана // Химия и технология топлив и масел, 2013, № 4,

        с.34-35 ;

10. Синтез гептадецена-8 декарбоксилированием олеиновой кислоты в раз- 

        личных каталитических системах // Журнал Прикладной Химии,  

        2014,Т.87, вып.2.;

11. Dekarboxylation of orqanic acids in the heterogenized catalitic systems //

        Journal of Advances in Chemistry, 2014, Vol.10, № 4, P.2601-2609;

12. Synthesis of Perspective Hydrocarbons for Synthetic Lubricants with a High

        Viscosity Characteristic // International Journal of Emerging Engineering

        Research and Technology Volume 3, Issue 11, November 2015, PP 92-96;

13. Synthesis and Characterization of Di-n.Hexyl-cyclopentane // Internatio-

        nal Journal of Scientific Engineering and Applied Science (IJSEAS),

       Volume 2, İssue 2: February  2016;

14. Useful Additives for Jet Fuel Based on Decarboxylation of Petroleum Acids //

        International Journal of Innovative Science, Engineering and Technology,

       Vol.3, Issue 2, February  2016, P.679-681.

15.  Dienophilic Activity of Internal C17 olefins in [4+2]-cycloaddition reaction //

         American Scientific Journal, 2016, № 6 (6). p.10-14.

16. Получение синтонов для синтетических масел с высокими вязкостными характеристиками// Химия и технология топлив и масел, 2017. № 1, стр.9-11

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: -
Kitablar
Elmi-təşkilatı fəaliyyəti: -
Təltif və mükafatlar:
  1. D.İ.Mendeleyev adına  Ümumittifaq Kimya Cəmiyyətinin diplomu 22 decabr 1986-ci il ., qərar  № 10.
  2. AMEA-nın fəxri fərmanları
  3. Azərb.Resp. “Avropa Nəşr Mətbu Evi”  Diplomu (№ 803210277).
Pedaqoji fəaliyyəti:
  1. 1964-1967   Azərbaycan Politexnik İnstitutu
  2.  “Lif materialların texnologiyası” kafedrasında   “Kimya texnologiyası” fənn üzrə mühazirələr
  3. 1998-2008  Azərbaycan Dövlət İqtisadiyyat Universiteti “ Sənaye malların əmtəəşunaslığı” kafedrasının professoru
İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: Tsikloolefinlər” laboratoriyasının müdiri
Xidməti tel.: +994 (12) 4902476, əlavə 1-25
Ev tel.: +994 (12) 5955084
Mobil tel.: +994 (50) 6363264
Faks: +994 (12) 4903520
Elektron poçtu: