NKPI

Xəbərlər

Neft Fondu ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına indiyədək 4,8 milyon manat yönəldib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə bu vaxtadək 4,8 milyon manat ayırıb.

NKPI.AZ ARDNF-ə istinadla xəbər verir ki, cari ilin ilk rübündə isə Neft Fondu tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldilib.

2021-05-04   475